“Oktyabrın son günlərində ayrı-ayrı vaxtlarda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Belə temperaturun qeydə alınması bu ay üçün xarakterik deyil”
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə də oktyabr ayında belə isti havamüşahidə edilib, bu isə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir.
Direktor müavini vurğulayıb ki, son günlər isti havaların qeydə alınması cənubdan tropik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır: “Bu dövrdə ölkə ərazisinə cənub istiqamətindən tropik hava kütlələri daxil olanda belə istilər qeydə alınır. Hava kütlələri ölkə ərazisinə daxil olduqdan sonra 3-5 gün ərzində davam edir və sonradan yerini digər hava kütləsinə verir. Artıq qarşıdakı 3 gün ərzində qərb, şimal-qərb istiqamətdən havakütlələrinin ölkə ərazisinə daxil olması gözlənilir ki, bunun nəticəsində də havanın temperaturunun 2-3 dərəcə aşağı düşməsi ehtimalı var”.
Millİyol.Az
Digər xəbərlər
loading...