Müğənni Lalə Məmmədova həmkarı Fədayə Laçının müdafiəsinə qalxaraq onu qınayanlara cavab verib
AzNews.az xəbər verir ki, o, həyatda heç kəsin sığortalı olmadığını deyib:
"Heç vaxt heç kəsi qınamayın. Sabah başınıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Fədayə ilə illərdir ki, eyni sənətdə olsaq da yalnız son iki ildə dostlaşdıq. Əvvəllər təkcə ifasını bəyənirdimsə, sonradan onun uşaq kimi saflığına, dürüstlüyünə heyran idim. İllərdir jurnalistlərin həyatı ilə bağlı verdiyi suallara səhv-düzləri ilə mərd-mərdanə cavab verdi. Baxmayaraq ki, buna görə qınaq obyekti oldu. Tək bunu deyəcəm: Fədayə saf sevgisinin qurbanı oldu. Başqa bildiyim yoxdur”.
Lalə Məmmədova həmkarının ailəsini dözümlü olmağa səsləyib: “Onun bacısının, anasının halına acıyıram. İnanıram ki, bu qorxulu yuxu bitəcək və o, yenidən aramızda olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...