30 oktyabr 2017-ci il tarixində axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğınsəhər saat 8 radələrində tam söndürülüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
FHN-dən isə bildiriblər ki, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...