Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır
Məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb.
Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclası da təxirə salıb.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Qanunverici orqanın 135 üzvündən 70-i bu qətnamə layihəsinin lehinə səs verib. Bununla belə qətnamə Kataloniya parlamentinin, əyalət hökumətinin rəsmi bülletenində dərc edilməyib.
Oktyabrın 27-də İspaniya hökuməti əyalət parlamentinin buraxıldığını elan edib. Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb. (report.az)
MilliYol.Az
Digər xəbərlər
loading...