Şirvanda polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bu barədə Report-a DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib.
Belə ki, cari il oktyabrın 4-də Hacıqabul şəhərində yaşayan Həsrət Şahverənovun bıçaq xəsarəti ilə xəstəxanaya daxil olması barədə Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) məlumal daxil olub.
Şirvan şəhər və Hacıqabul Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Saxlanılan zaman Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Ağayev bıçaqla müqavimət göstərib. Polis əməkdaşları onu zərərsizləşdirərək istintaqa təhvil veriblər.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...