Müğənni İşın Karaca qızı Mianın atası, keçmiş əri Sedat Doğan haqda ilk dəfə danışıb
Axşam.az Türkiyə mediasına isitnadən xəbər verir ki, Braziliyada səfil həyat tərzi keçirən Sedatın anasının “Oğlumu bu günlərə arvadı saldı” ittihamına ifaçı belə cavab verib:
“Kim nə edirsə, özünə edir. “Uşağı göstərmir” deyirlər. Qızıma pis nümunə olmasın deyı məhkəmədən 18 yaşınadək atasıyla görüşməmək qərarı verilib. Mən uşağımı qorumaq məcburiyyətindəyəm. İndi niyə heç vaxt görmədikləri nəvələri yadlarına düşüb? Sedatdan boşananda onun üçün hər şeyi etdim. Mal-mülk verdim, 1 milyonluq borcunu ödədim və hələ də ödəyirəm. Bu adam narkomandır, mənə xəyanət etdi, məni döydü. Amma bir dəfə də olsun, bunları heç yerdə demədim. Daha bəsdir, üstümə gəlməsinlər. Bu halda olan birinə nəinki uşaq, adam heç özünü göstərməz”.
MilliYol.Az
Digər xəbərlər
loading...