Seul Şimali Koreyadan qorunmaq məqsədi ilə daha çox silah alacaq və ABŞ mütəxəssislərini cəlb edəcək
Hərbi-texniki əməkdaşlığın həcminin artmasından başqa, Cənubi Koreya hökuməti regionda ABŞ ordusunun mövcudluğunu gücləndirmək üçün yeni tədbirlər görəcək. Bu barədə AzNews.az "Defense News"a istinadən xəbər verir.
Cənubi Koreya ordusunun yenidən qurulmasında ABŞ müdafiə naziri Ceyms Mettisdən əlavə, Silahlı Qüvvələrin baş qərargah sədri Jozef Danford da fəal iştirak edir.
Məlumata görə, Şimali Koreyanın ballistik raketlərinin hərəkət zonasında yaşayan 25 milyon vətəndaşdan əlavə, Cənubi Koreyada və Yaponiyadakı hərbi obyektlərdə 28 min ABŞ hərbi personalı və 300 minə yaxın mülki mütəxəssisi yerləşir.
Jozef Danford noyabrın 3-də Cənubi Koreya müdafiə naziri Son Yonq Mu ilə ABŞ silahlarının satışı ilə bağlı görüşəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...