Avropa Yayım İttifaqı (AYİ) Makedoniyanın “Eurovision-2018”-də iştirakına qadağa qoyub
Oxu.Az xəbər verir ki, Makedoniya AYİ-yə olan borcuna görə builki müsabiqəyə qatıla bilməyəcək. Ölkə, eyni zamanda, “Junior Eurovision” müsabiqəsində də iştirak edə bilməyəcək.
AYİ-nin mətbuata açıqlamasında bildirilib ki, Makedoniya borclarını ödədiyi təqdirdə müsabiqəyə qatıla bilər.
Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək. Onlar arasında Azərbaycan da var.
MilliYol.Az
Digər xəbərlər
loading...