Bakıda xuliqanlıq hadisəsi baş verib
Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Bu zaman O.Əhədov Rəşadı döyərək xuliqanlıq edib.
Yüngül bədən xəsarəti alan R.Məmmədov şikayət ərizəsi ilə polisə müraciət edib. Şikayətçi bildirib ki, Orxan Əhədov onu "Porsche" markalı avtomobillə tapdalayacağı ilə hədələyib.
Qeyd edək ki, hadisədə adı hallanan Orxan Əhədov biznesmendir.
Onu da qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının zənglərinə baxmayaraq O.Əhədov məsələ barəsində izahat verməkdən boyun qaçırıb. (lent.az)
MilliYol.Az
Digər xəbərlər
loading...