“Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”
Bunu Report-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, Vəkillər Kollegiyasına üzv olmaq üçün nəzərdə tutulan 60 keçid balı aşağı salınmalıdır: “Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılırlar. Bu təklifi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sonuncu iclasında da səsləndirdim. Vəkillər Kollegiyasının nümayəndəsi də bildirdi ki, qəbul balı 40-a da endirilə bilər, biz buna etiraz etmirik”.
T.Kərimlinin sözlərinə görə, vəkillərin sayı artırılmalıdır ki, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması əngəl yaratmasın.
MilliYol.Az
Digər xəbərlər
loading...