Hacıbala Abutalovun məmuru valdeynlərdən 100 manatı niyə istəyir?
Təhsil sektorundakı problemləri saymaqla bitib-tükənməz. Bu sahədə nə qədər islahatlar aparılsa da, vəziyyət düzəlmir ki, düzəlmir. Əksər sahələrdə olduğu kimi təhsildə də rüşvətxorluq və korrupsiya, məmur özbaşınalığı pik həddə çatıb. Amma nə Təhsil Nazirliyi, nə də digər qurumlar bunun qarşısını almaq üçün heç bir addım atmır.
Özbaşınalığın baş alıb-getdiyi dövlət idarələrindən biri də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. MilliYol.Az mətbuatda yayılan məlumatlara istinadən bildirir ki, idarə rəhbəri Eldar Yunusovun göstərişi ilə uşaqların bağçaya götürülməsi zamanı 100 manat rüşvət istənilir.
Bağça müdirləri də bu imkandan yararlanaraq valideynlərdən 150 manat istəyirlər, yəni 100 Eldar Yunusov, 50 manat da özlərinin. Hətta bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova mətbuata müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən Aynur Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib. Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb. Onun sözlərinə görə, Eldar Yunusov məsləhət görüb ki, mətbuata şikayət etməsin: "Eldar Yunusovla görüşümdə mənə dedi ki, nahaq yerə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazmışam. Yunusovun sözlərinə görə, mənim şikayətimi baxmaq üçün ona göndəriblər. Dedi ki, ora şikayət etmək lazım deyil. Onsuz da bütün şikayətlər mənə yönləndiriləcək. Qarşı tərəfi də dinləyə bilərik".
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindəki qanunsuzluqlarla bağlı redaksiyamıza başqa məlumatlar da daxil olub. Onları araşdırdıqdan sonra təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Qaynarinfo.az
Digər xəbərlər
loading...