Suriyadakı vəziyyətlə bağlı Astanada keçirilən yeddinci beynəlxalq görüş iştirakçılarının bütün nümayəndə heyətləri Qazaxıstan paytaxtına gəlib
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-nin mətbuat xidməti məlumat yayıb.
Bu gün gündəlikdəki məsələlərin müzakirəsi üçün ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Plenar iclas oktyabrın 31-də günün ikinci yarısına planlaşdırılır.
Müzakirələr zamanı iştirakçılar girovların azad edilməsi, itkinlərin axtarışı və həlak olanların cəsədlərinin qaytarılması, həmçinin məhbuslar üzrə işçi qrupu haqqında əsasnaməni təsdiq etməyi planlaşdırırlar. Tərəflər beynəlxalq terrorizmlə mübarizəni nəzərdən keçirmək və minaların təmizlənməsi barədə birgə bəyanat qəbul etmək niyyətindədirlər.
Suriyadakı vəziyyətin nizamlanması üçün 7-ci beynəlxalq görüş oktyabrın 30-31-də keçiriləcək. Görüş media üçün qapalı olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...