ABŞ-ın Strateji Komandanlığı (StratCom) bu gün irimiqyaslı “Global Thunder-2018” (“Qlobal şimşək-2018”) hərbi təlimlərinin başlandığını üelan edib
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təlimlərə “StratCom”un “Offut” hərbi hava bazasındakı qərargahı, bu qərargaha tabe olan və dünyanın müxtəlif yerlərində dislokasiya olunmuş Hərbi Hava Qüvvələrinin, raket qüvvələrinin hərbi hissələri cəlb olunub.
Təlimlərdə strateji qarşıdurma üzrə fəaliyyət, kosmik əməliyyatlar, kiberməkanda əməliyyatlar, elektron savaş metodları, raket hücumundan müdafiə, kəşfiyyat fəaliyyətləri sınaqdan keçiriləcək.
Təlimlərin nə qədər davam edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, bu tip təlimlər hər il keçirilir. Lakin hazırkı təlimlərin xüsusiyyəti Şimali Koreya ilə gərginliyin yüksəldiyi dövrə təsadüf etməsidir.
MilliYol.Az
Digər xəbərlər
loading...