Atatürk hava limanında baş verən terror hadisəsinin təfərrüatları məlum olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular ölüm sayını artırmaq üçün xüsusi plan qurub. Belə ki,rentgen aparatından keçən bir terrorçu “Bir azdan burada bomba partlayacaq”- deyə qışqırıb. Bunu eşidən sərnişinlər qapıya doğru qaçmağa başlayıb. Bu zaman terrorçu silahdan atəş açıb, daha sonra bombanı partladıb.
Bundan başqa, partlayış Hava Limanının işçi heyətinin çıxış saatında baş verdiyi üçün ölü və yaralıların sayı bu qədər çox olub.
Qeyd edək ki, dünən gecə Atatürk hava limanında baş vermiş iki partlayış nəticəsində 36-dan çox adam həlak olub, 147 nəfər yaralanıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...