Ermənistan 25 il ərzində nə üçün döyüş təyyarələri əldə etməyib?
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu sualı ölkə parlamentinin bugünkü iclasında müxalifətdən olan deputat Nikol Paşinyan qaldırıb.
"Dövlət 25 ildə nə üçün bu təyyarələri almayıb? Siz indi deyirsiniz ki, burada Rusiyanın qırıcıları, Hava Hücumundan Müdafiə Sistemi var və zərurət olsa, biz onlardan istifadə edə bilərik. Tutaq ki, Ermənistan bu gün həmin qüvvələrə havaya qalxmaq əmri verdi, Rusiya isə əksinə. Həmin təyyarələr səmaya qalxacaq ya yox?!”, - deyə Nikol Paşinyan müdafiə nazirinin Hava Hücumundan Birgə Müdafiə Sisteminin yaradılması ilə bağlı parlamentdə keçirilən müzakirələrə qatılmış müavinindən soruşub.
"Aprel döyüşlərindən sonra bir dənə də olsun əlamət yoxdur ki, sizin ordunu gücləndirdiyinizi təsdiq eləsin. Dəqiq deyin ki, Rusiyanın hərbi bazasındakı HHM qüvvələri Azərbaycan təyyarələrini vurmayacaq və onlar yalnız 4-cü və ya 5-ci Dünya müharibələri üçün nəzərdə tutulub, hansı ki, həmin müharibələrdə Ermənistanın heç bir marağı yoxdur”, - deyə müxalifət nümayəndəsi müdafiə nazirinin müavinini "divara dirəyib”.
Xatırladaq ki, 2015-ci il noyabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında Kollektiv təhlükəsizliyin Qafqazda regional birgə HHM sisteminin yaradılması ilə bağlı sazişin imzalanmasına göstəriş verib.
MilliYol.Az
Digər xəbərlər
loading...