“Ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, geniş liman şəbəkəsindən istifadə edərək yeni əməkdaşlıq sahələrinin qurulması mümkündür”
Bunu Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edərkən deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında parlament üzvlərinin, nazirlər və digər səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin artırılması üçün iqtisadi əməkdaşlıq formatının müəyyənləşdirilməsinin zəruri olduğunu vurğulayıb. Prezident İlham Əliyev turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Mark İnnes-Braun səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı işinə töhfəsini verəcək.
Səfir Mark İnnes-Braun isə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə etimadnaməsini təqdim etməkdən qürur hissi duyduğunu bildirib. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirərək deyib: “Avstraliya hər zaman Azərbaycanı çox dəstəkləyib. Biz Dağlıq Qarabağla bağlı sizin suverenliyinizi və ərazi bütövlüyünüzü dəstəkləyirik, biz sizin mövqeyinizi dəstəkləyirik”.
Diplomat ölkələrimiz arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...