İstanbulun Atatürk hava limanında partlayış olub. MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı az öncə məlumat yayıb.
"CNN Türk"ə danışan Ercan Kenan adlı şahid bildirib ki, ilk partlayış səsini Xarici Xəttlər Terminalında eşidib. Ardınca daha bir partlayış baş verib. Daha sonra çox sayda ambunals və xüsusi təyinatlı hava limanına doğru hərəkət Aeroportun girişi bağlanılıb.
Şahidin sözlərinə görə, partlayışdan sonra 50-yə yaxın atəş səsi eşidilib.
* * *
"Star" qəzetinin məlumatına görə, partlayışın canlı bomba tərəfindən törədildiyi ehtimal edir.
* * *
Atatürk hava limanına təyyarələrin enməsi və qalxması dayandırılıb. Çox sayda yaralının olduğu bildirilir. DHA-nın məlumatına görə, ən azı bir nəfər ölüb.
* * *
Baş nazir Binali Yıldırım daxili işlər naziri Efkan Ala və İstanbul valisi Vasip Sahindən telefonla məlumat alıb. Ban nazirin təlimatı ilə Daxili İşlər Nazirliyində fövqəladə komissiya yaradılıb.
* * *
Ədliyyə naziri Bəkir Bozdag partlayışla bağlı ilk açıqlanı verib: "Hava limanının girişində terrorçu əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb. 10 şəhidimiz, 20-yə yaxın yaralımız var".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...