Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
MilliYol.Az xəbər verir ki, Azərbaycan çempionunun rəqibi Mirça Luçeskunun çalışdırdığı Rusiya təmsilçisi “Zenit“ olub.
Oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 81-ci dəqiqədə Rahid Əmirquliyev imza atıb.
Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında “Qarabağ” yerli “Vakker” klubuna məğlub olmuşdu (0:1).
Avstriya
Yoxlama oyunu
28 iyun
Qarabağ" (Azərbaycan) - Zenit (Rusiya) 1:0
Qol: Rahid Əmirquliyev, 81.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 22. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Zenit: 41. Mixail Kerjakov, 4. Domeniko Krişito, 5 Aleksandr Ryazantsev, 11. Aleksandr Kerjakov, 21 Xavi Qarsiya, 26. Vukaşin Yovanoviç, 27. Maksim Proniçev, 58 İlya Zuyev, 70. Dmitri Boqayev, 74. Sergey İvanov, 81. Yuri Jirkov.
Ehtiyat oyunçular: 8. Maurisio, 13. Luiş Netu, 24. Ezekuel Qaray, 51. Maksim Rudakov, 23. Yevgeni Çernov, 15. Pavel Moqilevets, 68 Vyaçeslav Zinkov, 40. Yuri Bavin, 76, Pavel Kireenko.
Baş məşqçi: Mirça Luçesku.
MilliYol.Az
Digər xəbərlər
loading...