Bu gün avrokubok mövsümünə start verilib. MilliYol.Az xəbər verir ki, Azərbaycan klublarıda qitəmiqyaslı yarışlarda mübarizəyə ilk başlayan "Kəpəz" olub.
16 illik fasilədən sonra qitə arenasına çıxan Gəncə klubu Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sını qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Bu matç “Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olub. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitə miqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış edib.
Bu görüş həm “Kəpəz”, həm də baş məşqçi Şahin Diniyev üçün ilklə yadda qalıb. Belə ki, gəncəlilər ilk dəfə Şahin Diniyevin rəhbərliyi ilə avrokuboklarda çıxış edibsə, “Daçiya” ilə oyun Diniyev üçün avrokuboklarda debüt olub.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
Kəpəz (Azərbaycan) - Daçiya (Moldova) 0:0
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Daniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 73), 10. Dario Frederiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 70), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alves, 77. Serjinyo (9. Tural Qürbətov, 79), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Daçiya: 12. Dumitru Keleadnik, 2. Andrey Slinkin, 4. Semyon Bulqaru (k), 5. Vyaçeslav Posmats, 7. Rinar Valeyev (19. Maksim Qavrilenko, 40), 9. İqor Buqayev (15. Sapol Mani, 61), 10. Aleksandru Becan (25. Andrey Buqneats, 83), 11. Denis Kojanov, 17. Euqenyu Kokiuç, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.
Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Medjit Neziri, 27. Vasile Cardan, 29. İaser Turkan.
Baş məşqçi: Oleq Bejenar.
Sarı vərəqələr: Euqenyu Kokiuç, 77. Semyon Bulqaru, 90+3.
Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (Qazaxıstan).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Aleh Çikun (Belarus).
Bakı. "Dalğa Arena".
MilliYol.Az
Digər xəbərlər
loading...