Xəbər verdiyimiz kimi, 15-ci buraxılışı yayımlanan “Maşın” realiti-şousunin qalibi müğənni Talıb Tale olub
Axşam.az-ın məlumatına görə, finala Xatun Əliyeva ilə Talıb qalmışdı. Üç günə qədər avtomobil ətrafında oyaq qalan sənətçilər arasında razılıq olub. Deyilənə görə, Talıb Xatuna maşından əlini çəkməsi üçün 5 min manat təklif edib.
Hətta onların bu söhbəti efir zamanı da yayımlanıb. Əvvəlcə bununla razılaşmayan Xatun, sonra fikrini dəyişib.
Qeyd edək ki, bundan əvvəlki buraxılışda rəqqasə Oksana Rəsulova ilə aktyor İslam Mehrəliyev arasında da belə bir söhbət olmuşdu. Oksana əlini maşından çəkmək üçün İslamdan on min istəmişdi. Şoudan sonra qalib olan İslam Oksanaya heç bir pul verməyib. Hətta uzun müddət dost olan aktyorla rəqqasə hazırda küsülüdür.
Oyunda uduşa qoyulan avtomobilin 60 min qiyməti var.
MilliYol.Az
Digər xəbərlər
loading...