İspaniya “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone komandasını oktyabrın 31-də futbol üzrə Çempionlar Liqasının IV turu çərçivəsində qəbul edəcəkləri “Qarabağ” klubundan gizlətməyə qərar verib
“Report” AS-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis oyunqabağı son məşqə matçın baş tutacağı “Metropolitano” stadionunda çıxmamağı məqsədəuyğun sayıb.
Madrid təmsilçisi oktyabrın 30-da Bakı vaxtı ilə saat 23:30-da start götürəcək son hazırlıq prosesini əvvəlki stadionunda - “Visente Kalderon”da gerçəkləşdirəcək. Lakin argentinalı baş məşqçi matçdan əvvəl jurnalistlərin suallarını "Atletiko"nun hazırkı arenası “Metropolitano”da cavablandıracaq. Həmçinin, “Qarabağ”ın son məşqi və Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı da bu arenada gerçəkləşəcək.
“Atletiko” sonuncu dəfə "Visente Kalderon”da ötən mövsüm mayın 20-də “Atletik”lə La Liqa matçında üz-üzə gəlib.
Qeyd edək ki, "Qarabağ" da avrokuboklardakı əksər ev oyunlarından əvvəl son məşqlərini görüşün keçiriləcəyi stadionlarda deyil, öz təlim-məşq bazasında keçirir. Oyunqabağı məşqlərin ilk 15 dəqiqəsi açıq olur.
MilliYol.Az
Digər xəbərlər
loading...