Argentina Futbol Federasiyası Ukrayna ilə həmin ölkədə yoxlama görüşü keçirmək üçün qarşı tərəfdən 1 milyon dollar tələb edib
Qol.az-ın xəbərinə görə, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Amma bu tələb Ukrayna Futbol Federasiyasını qane etmədiyindən noyabr ayına nəzərdə tutulan yoxlama oyunundan imtina olunub.
Qeyd edək ki, noyabrda Argentina Rusiya komandası ilə yoxlama matçı keçiriləcək. Bu görüş ərəfəsində onlar Rusiyaya yaxın ölkələr – Ukrayna, eləcə də Azərbaycana müraciət edərək bu komandalardan biriylə də oyun keçirmək istədiklərini bildiriblər. Məlumata görə, Argentina tərəfi AFFA-dan yoxlama oyunu üçün 2 milyon dollar istəyib. AFFA-nın baş katibi Elxan Məmmədov məlumatı təsdiqləyib. Lakin o qeyd edib ki, yoxlama oyunu istəyi millinin əsasını təşkil edən “Qarabağ”ın qrafiki ilə uyğun gəlmədiyindən bu təklifdən imtina edilib və ümumiyyətlə, pul məsələsi müzakirə olunmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...