Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın “Esquire” dərgisinin qonağı olub
Axşam.az-ın məlumatına görə, sənətçi “O природе роскоши” rubrikasında sualları cavablandırıb.
- Sizin üçün əsl dəbdəbə nədir?
- Rahatlıq hissi əsl rahatlıqdır. Yaxınlarının və sənin heç yerin ağrımırsa, bu əsl dəbdəbədir.
- Pul sizin üçün vacibdir?
- Pul yatırımlar etmək, uğurlar qazanmaq üçündür. Amma hər şey pula görə edilmir. Pul yeni layihələri gerçəkləşdirmək üçün sadəcə bir vasitədir.
- Bəs vaxt dəbdəbədir?
- Əsas olmayan, amma lazımlı hissə vaxtdır.
- Övladlarınızı dəbdəbəyə öyrəşdirirsiniz?
- Onları əzizləməməyə çalışıram. Amma hələ alınmır. Onları bahalı mebelə, avtomobilə, evə öyrəşdirməməyə çalışıram.
- Atanız sizə məsləhətlər verir?
- Heç vaxt məsləhət verməyib, indi də vermir. 37 yaşım var, atam hələ də mənim üçün istedad göstəricisidir. Ona oxşamaq istəyirəm.
MilliYol.Az
Digər xəbərlər
loading...