“Kürd regional hökumətinin referendumun nəticələrini dondurmaq haqqında qərarı ABŞ və İsrailin Yaxın Şərqdəki hakimiyyətinin tabutuna çalınmış daha bir mismardır”
Strateq.az “İSNA” agentliyinə istinadən bildirir ki, bu sözləri İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini Hüseyn Salami İranın Kirmanşah şəhərindəki çıxışında deyib: “ABŞ hazırda regionla bağlı məsələlərdə əhəmiyyətsiz, zəifdir və qərarverici rolu oynamır” – deyə vurğulayan Salami qeyd edib ki, ABŞ və İsrail tərəfindən dəstəklənən səsvermənin nəticələrinin dondurulması bu iki dövlətin nufuzuna böyük zərbədir.
Qeyd edək ki, İraq Kürdüstanı müstəqilliklə bağlı keçirilmiş referendumun nəticələrinin dondurduğunu elan edib. Bərzani bu addımın səbəb kimi İraqla hərbi qarşıdurmanı dayandırmaq və Iraq Konstitusiyası əsasında dialoqa başlamaq niyyəti olması bildirib.
İraq hələlik bu təklifə cavab verməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...