Ukrayna xalq deputatı İqor Mosiyçuk bəyan edib ki, onun və daha üç nəfərin yaralanması, cangüdəninin isə həlak olmasıyla nəticələnən terror aktının sifarişçiləri Moskvada oturublar
MilliYol.Az Strateq.az-a istinadən xəbər verir ki, bu haqda deputatın “facebook”da yayılan bəyanatında deyilir.
Həmin bəyanatında Mosiyçuk deyir: “Mən hesab edirəm ki, sifarişçilər Moskvada otururlar. İcraçılar- kiyevlilərdi. İstisna edilmir ki, agentura vətənpərvərlər arasındadır. Bu, Ukraynada belə səviyyəli dövlət xadiminə qarşı olan ilk sui-qəsdir”.
O, həmçinin əlavə edib ki, öz cangüdəni hesabına sağ qalıb və onun ailəsinə yardım edəcək. Həlak olanın 4 yaşlı bir qızı qalıb.
Bəyanatda deyilir: “Mən yalnız ölən mühafizəçim Ruslana görə, sağ qaldım. O, keçmiş “Berkut”çudur, 2013-cü ildə barrikadanın o biri tərəfində dayanmışdı. Dünən isə məni – millətçini qoruyarkən, həlak oldu. Həyat yalnız qara-ağdan ibarət deyildir. Qalib gəlmək üçün, biz bunu dərk etməliyik”.
Öz vəziyyəti ilə əlaqədar olaraq, deputat məlumat verib ki, əməliyyat uğurlu keçib: “Sağ tərəfim – partlayış olan tərəf zədələnib. Əməliyyat uğurlu keçib”.
MilliYol.Az
Digər xəbərlər
loading...