Bermud adalarında qeydiyyatdan keçmiş “Appleby” şirkəti öz müştərilərini onların offşor aktivlərinə dair məlumatların yayılması təhlükəsi ilə bağlı xəbərdar edib
Virtualaz.org xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bermud,Virgin və Kayman adaları offşor zonalarında şirkətlərin qeydiyyatı ilə məşğul olan bu şirkət ehtimal edir ki, müştərilərin məxfi məlumatlarını ötən il hakerlər ələ keçirib.
Qeyd olunur ki, offşorlar barədə məlumatlar yaxın vaxtlarda yayıla bilər. “Appleby” öz müştərilərinə tövsiyə edir ki, indidən hüquqi müdafiəyə hazırlaşsınlar və öz imiclərini müdafiə etmək üçün PR-mütəxəssislər tutsunlar.
“Appleby” bildirir ki, onların İT-mütəxəssisləri şirkətin daxili kompüter şəbəkəsinin “sındırıldığı” barədə məlumatları araşdırır. Qəzet qeyd edir ki, offşor sirlərinin üzə çıxması ilə bağlı yeni qalmaqal Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən Panamanın “Mossak Fonseca” şirkətinin müştərilərinin məlumatlarını “Panama kağızları” adı altında yaymasından cəmi il yarım sonraya təsadüf edə bilər. “Panama kağızları” dosyesi bir çox siyasətçilərin, o cümlədən Pakistan baş naziri Nəvaz Şərifin istefasına səbəb olub. Bu sənədlər əsasında araşdırma aparan Malta jurnalisti bu günlərdə avtomobilinin partladılması nəticəsində öldürülüb.
MilliYol.Az
Digər xəbərlər
loading...