İspaniyanın Kataloniya Muxtar Əyaləti hökumətinin başçısı Karles Puçdemon Nazirlər Kabinetinin müşavirləri, müstəqilliyi müdafiə edən partiya və ictimai təşkilatların nümayəndələri ilə geniş müzakirələr aparıb
“Report” xəbər verir ki, müzakirələr rəsmi Madridin Kataloniyada keçirilən referendumla bağlı atdığı addımlara cavab olaraq görüləcək işlərə həsr olunub və 7 saat sürüb.
Toplantıda iştirak edənlərin çoxu əyalətin müstəqilliyinin elan edilməsinin tərəfdarı olsa da, məsələyə dair yekun qərar hələ qəbul olunmayıb.
Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Əyalətinə qarşı ölkə Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.
İspaniya hökuməti Kataloniyanın yerli rəhbərliyindən bölgənin müstəqilliyini elan edib-etməyəcəyi ilə bağlı qəti qərar qəbul etməsini istəyir.
İspaniya hökumətinin qərarı Senatın oktyabrın 27-nə təyin edilən sessiyasında təsdiq olunmalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...