“Meksikalı diplomatların Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfəri Meksika hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyini əks etdirmir”
Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores APA-ya açıqlamasında deyib. O bildirib ki, Meksika hökuməti bu barədə səfərdən sonra xəbər tutub: “Meksika artıq uzun zamandır sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Meksika hökumətinin mövqeyi bu baxımdan tam aydındır. Biz Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə münaqişənin həll olunmasına çağırırıq. Meksika hökuməti bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmasının tərəfdarıyıq. Bu qətnamələr özlərində münaqişə zonasında atəşkəsə riayət olunmasını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti əks etdirir və biz də bunun tərəfindəyik”.
Səfir qeyd edib ki, Meksika hökuməti deputatların qanunsuz səfəri ilə bağlı məsələləri nəzarətə götürüb və araşdıracaq.
Qeyd edək ki, deputatlar Blanka Marqarita Kuata Dominges, Maria Kristina Teresa Garsia Bravo və Karlos Ernandes Miro Xankəndində separatçı rejimin “parlament sədri" Aşot Qulyanla görüşüblər. Onları səfərdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov müşayət edib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslərin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır. Məsələ ilə bağlı Azərbaycanın Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...