«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın Prezidenti Anjey Duda finlandiyalı həmkarı Sauli Niiniste ilə keçirdiyi mətbuat konfransında deyib ki, «ardıcıl sanksiya siyasəti» Rusiyanı Donbasın «işğal olunmuş əraziləri»ndən və «ilhaq olunmuş» Krımdan əl götürməyə məcbur edəcək
«Polska Agencja Prasowa» nəşrinin yazdığına görə, Duda antirusiya saksiyalarını «silahlı münanişələrin həlli üçün əhəmiyyətli instrument» adlandırıb.
«Sanksiyalar ona gətirib çıxartmalıdır ki, Rusiya özü Donbasda alovlandırdığı müharibəni dayandırsın. Moskva Ukrayna Krımının ilhaqından və aqressiv imperiya siyasətindən imtina etməlidir» – deyə, Polşa lideri bəyan edib.
Bundan əvvəl Duda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) sessiyasının gedişində Ukraynanın Prezidenti Pyotr Poroşenko ilə görüşüb. Liderlər Minsk sazişini və Krımda insan hüquqları sahəsindəki vəziyyəti müzakirə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...