Bir neçə gün əvvəl Qazax rayonunda müəmmalı şəraitdə qətlə yetirilən və meyidi günlərlə morqda qalan 19 yaşlı Elmira Tanrıverdiyeva dəfn edilib.
Gürcüstan vətəndaşı olmasına baxmayaraq, yaxınları onun Bakıda dəfn edilməsinə qərar veriblər.
Vaxt keçdikcə, hu hadisənin daha dəhşətli təfərrüatları üzə çıxır. İyunun 18-də keçmiş sevgilisi tərəfindən öldürülən Elmiranın 2 yaşı hələ tamam olmamış qızının da elə həmin gün amansızlıqla qətlə yetirilməsi xəbəri eşidənləri şoka saldı. Görəsən, Qazax sakini olan 29 yaşlı Eldəniz Babayev bir vaxtlar çox yaxın münasibətdə olduğu Elmiranı və körpə qızını niyə öldürüb? Olayların bu dərəcədə dəhşətli sonluqla bitməsinə nə səbəb olub?
Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayevlə bir neçə il əvvəl Bakıda tanış olub və qeyri-rəsmi nikah münasibətində yaşayıblar. Bir müddət sonra Elmira ana olub. Qeyd edək ki, E.Babayev 2 yaşlı Fatimənin onun övladı olması iddiası ilə razılaşmır.
Bir müddət birgəlikdən sonra ortaya çıxan bəzi səbəblərdən, eləcə də yaxınlarının istəyi ilə Eldəniz başqası ilə ailə qurub və rəsmi nikaha daxil olub.
Hələlik dəqiqləşməmiş səbəblərdən iyunun 18-də keçmiş sevgililər Qazax rayonu ərazisində görüşüblər və burada mübahisə ediblər. Mübahisə zəminində E.Babayev 19 yaşlı Elmiranı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra isə anası ilə birgə rayona gələn Fatiməni öldürən Eldəniz uşağın meyidini çayın kənarına atıb.
Qeyd edək ki, həm E.Babayev, həm də E.Tanrıverdiyeva Bakıda yaşayırmışlar. Onların hansı səbəbdən Qazaxa getmələri, niyə məhz burada görüşmələri və konkret nə səbəbdən dava etmələri hələlik tam aydınlaşmayıb.
Elmira Tanrıverdiyevanın şəxsiyyətinin bir müddət naməlum qalması və onun fotolarının mediada yayılması, eləcə də hadisəni törədən şəxsin 2 yaşlı qızı da amansızlıqla öldürməsi bu olaya olan diqqəti daha da artırıb. Artıq hadisəni törədən şəxs barəsində istintaq müddəti üçün məhkəmə tərəfindən 4 aylıq həbs - qəti imkan tədbiri də seçilib. Amma bir çox suallar hələ də açıqdır. Eldəniz Elmira və Fatiməni niyə öldürməli idi? Və yaxud ana və körpə övladının ölümündə, 29 yaşlı oğlanın isə uzun illər həbsdə qalmasında günahkar kimdir? Təkcə yazıda adı qeyd edilən şəxslərmi, yoxsa...
Hazırda faktla bağlı açılmış cinayət işinin istintaqı davam etdirilir.(lent.az)
MilliYol.Az
Digər xəbərlər
loading...