4 nəfərlik ailənin yaşadığı ev uçdu – 8 ildir qəzalı vəziyyətdə idi
Lerik rayonunda yaşayış evi uçub
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçulub.
Kənd sakinlərinin bildirdiyinə görə ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub.
Lakin, 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən sakinlərdən xəsarət alan olmayıb.
Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...