Türkmənistanın Azərbaycandakı səfirliyində "Türkmənistan-əzəmət və xoşbəxtlik dövründə Böyük İpək yolunun ürəyi" mövzusunda mətbuat konfransı keçirilib
Türkmənistanın Azərbaycandakı səfirinin birinci katibi Batır Rəcəbov bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına əsasən hazırda ölkədə beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat layihələri həyata keçirilir.
O qeyd edib ki, onlardan biri İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yolu layihəsidir. Layihənin əhəmiyyətini vurğulayan diplomat deyib ki, bu layihə Avrasiya məkanında nəqliyyat axınının optimallaşdırılmasına kömək edir.
B. Rəcəbov bildirib ki, layihə eyni zamanda cənub və şərq istiqamətində nəqliyyat infrastrukturuna qoşulmaq üçün perspektivlər açır.
“Bu dəmir yolu xətti iqtisadi cəhətdən əsaslandırılmış layihə olmaqla yanaşı, regionda və hüdudlarından kənarda müsbət təsir edəcək ciddi geosiyasi amildir. Layihə Asiyada sabitlik və təhlükəsizliyin ciddi faktoru ola bilər”, - deyə o əlavə edib.
B. Rəcəbov sonda vurğulayıb ki, bütün bunlar iqtisadi və siyasi baxımdan beynəlxalq əməkdaşlıq üçün yaxşı əsas yaradır.
MilliYol.Az
Digər xəbərlər
loading...