"Çelsi"nin qapıçısı Tibo Kurtua komandanın baş məşqçisi Antonio Konte üçün mübarizə aparmağa hazır olduğunu açıqlayıb
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, klubda iki il əvvəl baş verənləri təkrarlanmaması üçün çalışacaqlar: "Konte üçün mübarizə aparmağa hazırıq. İki il bundan əvvəl Joze Mourinyonun rəhbərliyi altında baş verənləri xatırlayıram. Hər kəs paltardəyişmə otağındakı vəziyyətdən danışırdı. Halbuki orada nə baş verdiyini bilmirdilər. Mübarizə aparmağa hazır olduğumuzu göstərəcəyik. Hər şeyi yaxşı başa düşürük. 2015-ci ildə də mübarizə aparırdıq. Ancaq çoxlu uğursuzluq oldu. İki il əvvəl olanları təkrarlamaq istəmirik".
Qeyd edək ki, iki əvvəl komandanın Premyer Liqada uğursuz çıxışı səbəbindən baş məşqçisi Joze Mourinyo istefaya göndərilmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...