Azərbaycanda ilginc olay baş verib
Məmur oğlu atasını mülkə görə məhkəməyə verib.
Əhməd Əhmədzadənin yaxın ətrafına daxil olan Mirzalı Behbudovun həmçinin Azərbaycan müxalifəti ilə də yaxın əlaqlərinin olduğu bildirilir.
"Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə unikal.org saytı məlumat yayıb.
O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.
Məsələ ilə bağlı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev unikal.org saytına informasiyanı təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.
PİA.AZ xəbər verir ki, "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun qardaşı Bəy Hüseyn tanınmış müxalifətçilərdəndir. O sabiq Baş nazir Pənah Hüseynə yaxınlığı ilə tanınır.
Qalmaqalla bağlı Mirzalı Behbudovun ailəsini yaxından tanıyan ağdamlı mənbə PİA.AZ-a bildirib ki, çox varlı bir adam kimi tanınan Mizalı Behbudov ara-sıra bəzi müxalifətçilərə maliyyə yardımı edir.
Mənbə PİA.AZ-a bildirib ki, doğurdan da "Meliorasiya və Su Təsərürfatı" ASC-nin rəhbərinə çox yaxın olan Mirzalı Behbudov müxalifətlə Əhməd Əhmədzadə arasında əsas vasitəçi kimi də çıxış edir. Mirzalı Behbudovun müxalifətlə əlaqələrini isə məhz qardaşı Bəy Hüseyn təmin edir.
Qeyd edək ki, daha əvvəldə mətbuatda Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun çox böyük biznesi haqqında məlumatlar nəşr olunub. Mətbuatın yazdığına görə, "Mirzalı Behbudovun biznes strukturunun böyük hissəsini restoran biznesi tutur. Paytaxtın bir neçə ərazisində şadlıq evləri və restoranları olan Mirzalı Behbudovun biznes obyektlərinin əksəriyyəti onun həyat yoldaşının adına rəsmiləşdirilib. Ancaq məlumdur, ömürünün böyük hissəsini Ağdam rayonun Xındırıstan kəndində keçirmiş bir qadının Bakıda bir neçə şadlıq evinə və digər obyektlərə sahib olması mümkün deyil. Bu obyektlərin hər birinin bir neçə milyon manat dəyəri var. Elə isə sual yaranır, bu qadın həmin obyektləri hansı vəsait hesabına əldə edib? Əlbəttə ki, bu obyektlərin əsl sahibi Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovdur.
Mirzalı Behbudov hazırkı vəzifəsindən əvvəl Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi işləyib. Təxminən 2007-ci ildə bu vəzifəsindən kənarlaşdırılıb və həmin tarixdən də Bakıda "lövbər" salıb".
Qarşı tərəfin mövqeyimi dərc etçəyə hazırıq...
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...