Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək
Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barrelinin dəyəri isə 0,37 dollar və ya 0,64% artaraq 57,74 dollar olub. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,20% azalaraq 58,51 dollar təşkil edib.
2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...