“Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Rusiya və erməni rəsmi dairələr bundan təbliğat məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç bir aidiyyəti yoxdur”
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Artsruni Rusiyanın Ermənistana bu günlərdə verdiyi 100 milyon dollarlıq silah kreditini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağda hər hansı müharibə zamanı Ermənistan “İskəndər”lərdən istifadə edə bilməyəcək.
“Birincisi, bu müharibə lokal xarakter daşıyır, yəni “İskəndər”lər praktiki olaraq adekvat deyil. İkincisi, Ermənistan Rusiyanın icazəsi olmadan bu raketlərdən istifadə edə bilməz. Əslində bu raketlər faktiki olaraq, Ermənistanın təhlükəsizliyini gücləndirmir, əksinə, bizim ordumuz üzərində Rusiyanın nəzarətini artırır”, - deyə o bildirib.
Erməni şərhçi prezident Serj Sarkisyanın da “İskəndər”lər haqda yalan danışdığını qeyd edib: “Sarkisyan bir neçə dəfə işarə etdi ki, lazım olacağı təqdirdə “İskəndər”ləri işə salacaq. Bu, real deyil və Sarkisyanın sözləri daxili auditoriyaya ünvanlanıb. Çünki “İskəndər”lərlə bağlı qərar Baqramyan 26-da (Ermənistan prezident administrasiyasıın ünvanı - red.) yox, Moskvada verilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...