2017-ci ilin 1 iyul tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdiyi kreditlərin həcmi 2016-cı ilin 1 iyul tarixinə nisbətən 24,7% azalaraq 13,882 mlrd. manat təşkil edib
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd edilib.
Cari ilin iyulun 1-nə milli valyutada verilən kreditlərin cəmi kreditlərdə payı 57,3% olub.
Sənəddə vurğulanıb ki, ötən illərdə həyata keçirilmiş devalvasiyalar və manatın dollar qarşısında dəyərdən düşməsi, həmçinin bankların xarici valyutada kreditlərə üstünlük verməklə öz risklərini azaltmağa cəhd etməsi və konvertasiya amili ilə əlaqədar olaraq 2017-ci ilin 1 iyul tarixinə milli valyutada verilən kreditlərin həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 16,8%, xarici valyutada verilən kreditlərin həcmi isə 33,2% azalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...