Azərbaycan prezidentinə vətəndaş Roberts Şəfiqə Ayaz qızı AzFakt.com-un elektron poçtu vasitəsi ilə şikayət məktubu ünvanlayıb. Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlanan şikayət məktubunda vətəndaş Roberts Şəfiqə Ayaz qızı Qax Rayon Polis Şöbəsində açılan cinayət işinin ört-basdır edilməsindən şikayətlənir.
Vətəndaşın şikayət məktubunu olduğu kimi oxucularının diqqətinə çatdırırıq:
"Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova
Azərbaycan Respublikasının vətəndaşı Roberts Şəfiqə Ayaz qızı tərəfindən
Ə R İ Z Ə
Cənab Baş Prokuror və cənab Daxili İşlər Naziri!
Bildirirəm ki, 23 iyul 2016-cı il tarixdə “Toyota Prado” markalı, 90-KC-949 dövlət nömrə nişanlı avtomaşın Qax rayonu ərazisində məni vurub. Keçirdiyim qəza nəticədə ödüm və dalağım çıxarılıb, qara ciyərim cırıldığı üçün tikilib. Bundan əlavə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi keçirmişəm. Bədənimin müxtəlif yerlərində ağıq sınıqlar və travmalar yaranıb. Belə ki, I boyun fəqərəsinin yerdəyişən sınığı, sağ III-XI fəqərələrin V-IX-lərdə yerdəyişmə ilə çoxsaylı sınıqlar, I-IV bel fəqərələrinin köndələn çıxıntılarının xətti sınıqları, sağ qasıq sümüyünün sınığı, sağ incik sümüyü başının yerdəyişən sınığı, ön çarpaz bağın hissəvi yırtığı, sümük iliyi ödemi, sağ topuq və sol diz oynağı bağlarının gərilməsi və digər ağır xəsarətlər almışam.
Bu xəsarətlərlə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olmağıma baxmayaraq məhkəmə tibb eksperti guya mənim yüngül xəsarət almağım barədə saxta rəy verib, işi araşdıran təhqiqatçı isə qərəzli olaraq bu saxta rəyi əsas götürərək cinayət işinin başlanmasını rədd edib.
Sonradan mənə məlum olub ki, mən Qax rayon Mərkəzi Xəstəxanasında koma vəziyyətində olan zaman Qax Rayon Polis Şöbəsinin əməkdaşlarına 4 vərəqədən ibarət izahat yazmışam və guya mən həmin "izahatımda" cinayət törətmiş şəxsdən şikayətçi olmadığımı və həmin şəxslə barışdığımı bildirmişəm.
Özümə gəldikdən sonra mən təqsirkarın cinayət məsuliyyətinə xəlb olunmasını tələb etsəm də, mənim tələbimə Qax Rayon Polis Şöbəsinin əməkdaşları məhəl qoymayıblar.
Dəfələrlə şikayət etdikdən və hadisədən bir il keçdikdən sonra təkrar ekspertiza keçirilərək mənim hadisə nəticəsində ağır xəsarətlər almağım barədə rəy alınmış və cinayət işi başlanmışdır. Lakin cinayət işi başlanmasına baxmayaraq bu gün də saxta rəy vermiş və bu cinayəti ört-basdır etmiş şəxslərin barəsində araşdırma aparılmır.
Dəfələrlə Sizə müraciət etsəm də, heç bir cavab almamışam. Bu səbəbdən də hesab edirəm ki, müraciətlərimin Sizə çatdırılmasının maraqlı şəxslər tərəfindən qarşısı alınıb. Ona görə də məcbur olub ərizəmi mətbuat vasitəsi ilə Sizin diqqətinizə çatdırmaqdan başqa yol görə bilmədim. Hazırda səhhətimdə ciddi problemlər var, lakin mən sizə buna görə müraciət etmirəm. Mənim istədiyim odur ki, vəzmfə səlahiyyətlərindən istədikləri kimi istifadə edib aldıqları rüşvət hesabına qanunları pozan, tapdalayan məmurlar, məsuliyyətli şəxsdər öz cazalarını alsınlar.
Cənab Baş Prokuror və cənab Daxili İşlər Naziri!
Ərizəmi nəzərə alaraq saxta rəy vermiş ekspertin, aldığım xəsarətlərdə məlumatlı olmasına baxmayaraq saxta "izahatı" sübut kimi istifadə edərək cinayət hadisəsini gizlədərək ört-basdır etmiş təhqiqatçının və bu işdə maraqlı olan digər vəzifəli şəxslərin törətdikləri əməllərin araşdırılması, ərizəmin nəzarətə götürərək obyektivliyin təmin olunması üçün cinayət işinin Qax RPŞ-dən alınması, günahı olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verməyinizi Sizlərdən dən xahiş edirəm.
Dərin hörmətlə: Qax rayon sakini Roberts Şəfiqə Ayaz qızı"
Mənbə: AzFakt.com
Digər xəbərlər
loading...