"Bu gün Azərbaycanda 8000-dən artıq xarici şirkət Azərbaycanda fəaliyyət göstərir"
"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana 111 mlrd. dollar həcmində investisiyanın yatırılması və müxtəlif xarici şirkətlərin ölkəmizdə fəaliyyəti rəsmi Bakının investisiya siyasətinin uğurunun göstəricisidir.
"Bu həm də investisiya sahəsində müxtəlif məsələlərin düzgün tənzimləndiyinin göstəricisidir. Bilirsiniz ki, ölkəmizdə xarici investisiya sahəsində mövcud olan qanunvericilik, eyni zamanda ölkəmizin investisiya təşviqi və qorunması ilə bağlı 48 sazişin imzalanması xarici investisiyalara görə bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır. Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir ki, biz 48 investisiya sazişi imzalamağımıza və 111 mlrd. dollar investisiya cəlb etməyimizə baxmayaraq indiyədək böyük həcmli investisiya mübahisələrinə, böyük həcmli investisiya mübahisələrindən qaynaqlanan cərimələr ilə qarşılaşmamışıq. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab verməsinin bir sübutudur. Əlbəttə, biz gələcək çağırışları nəzərə alaraq bu istiqamətdə təkmilləşdirmələr aparacağıq", - deyə o vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...