Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub
APA-nın yerli bürosunun xəbərinə görə, azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.
Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin bu gün dərs prosesinin sonunda məktəb direktoru Mariam Tavartkiladze ilə bağlı qərarı açıqlayacağı gözlənilir. Nazirliyin Audit idarəsi M. Tavartkiladzenin fəaliyyətini araşdırıb. Yayılmış məlumata əsasən məktəb direktoru vəzifədən getmək barədə qərar qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...