Oktyabrın 10-da işğal altındakı Azərbaycan ərazilərindəki döyüş postunda ölmüş Ermənistan ordusunun əsgəri Çaplin Marqaryanla əlaqədar bir zabit həbs edilib
Musavat.com bununla bağlı erməni mediasının bu gün yaydığı məlumata istinadən xəbər verir.
Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, döş qəfəsindən ağır güllə yarası almış Çaplin Armenoviç Marqaryan hospitalda keçinib. Qaldırılmış cinayət işi üzrə aparılan araşdırmalar zamanı məlum olub ki, Marqaryan təhlükəsizlik qaydalarına əməl etməməsinin qurbanı olub. Bu səbəbdən əsgərin xidmət etdiyi döyüş mövqeyinin cavabdeh şəxsi, Ermənistan Silahlı Qüvvələrinin 1-ci motoatıcı taborunun komandir müavini mayor T.P. həbs edilib. Araşdırmalar davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...