Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanıb
MilliYol.Az xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən ÜTT-nin Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının müvafiq qanunvericilik aktları nəzərə alınıb.
Komitə sədri qeyd edib ki, qanun layihəsi Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təkmilləşdirilib. R.Həsənov vurğulayıb ki, qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub: "Az öncə qeyd etdiyim kimi, qeyd olunan sənədin qəbul olunması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını artıracaq. Həmçinin beynəlxalq təcrübəyə uyğun “Standartlaşdırma haqqında” yeni qanun layihəsi “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərinin iştirakı ilə təkmilləşdirilib, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub".
MilliYol.Az
Digər xəbərlər
loading...