İsveç Şimali Koreyadan 43 il əvvəl "Volvo" avtomobillərinin tədarükü ilə bağlı yaranmış borcu qaytarmasını tələb edib
Lenta.ru xəbər verir ki, KXDR İsveçə borcu olan, amma bu borcu qaytarmağa heç cəhd də göstərməyən yeganə dövlətdir. Rəsmi Pxenyanın Stokholma olan borcunun məbləği 330 milyon dollardır.
Qeyd edək ki, KXDR 1974-cü ildə İsveçdən bir neçə min "Volvo" avtomobili və bir sıra digər məhsullar alıb. Amma malların qəbulundan sonra rəsmi Pxenyan hər dəfə başqa səbəb gətirməklə pulu köçürməkdən boyun qaçırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...