Şimali Koreya və ABŞ son vaxtlarda bir-birləri ilə ancaq təhdid dili ilə danışır.
Pxenyan nüvə savaşının hər an başlaya biləcəyini söyləyir. Donald Tramp isə Vaşinqtonun Şimali Koreya ətrafında yarana biləcək hər cür ssenariyə hazır olduğunu bəyan edir. Bütün bunlar yaxın gələcəkdə bölgədə hərbi əməliyyatların başaya bilməsi ehtimalını artırır.
Bununla bağlı olaraq xarici mediada hadisələrin mümkün gedişatı barədə müxtəlif versiyalar səsləndirilir.
Analitiklərin fikrincə, əvvəlki illərdən fərqli olaraq Vaşinqtonun Pxenyan rejiminə yönəlik səsləndirdiyi təhdidləri ciddi qəbul etmək lazımdır. ABŞ üçün beynəlxalq aləmdə hərbi-siyasi simasını itirmək məqbuledilməz sayılır. Bu səbəbdən Kim Çen In rejiminin tez bir zamanda cəzalandırılmasının artıq həll olunmuş məsələ olaraq qəbul edən çoxdur.
Başlıca məqsəd KXDR-in nüvə potensiyalının yox edilməsidir. Pentaqon bunu savaşın hətta ilk saatında başa çatdırmalıdır.
Daha sonra 7-10 sutka ərzində HHQ və HDQ-nin birgə səyləri ilə Şimali Koreya ordusu kütləvi zərbələrə məruz qoyulmalı, bundan sonra Koreya Respublikasının quru qoşunları şimala yeridilməlidir.
Savaşın ilk dəqiqələrində Pentaqon KXDR-in siyasi və hərbi rəhbərliyini iflic vəziyyətə salacaq plan həyata keçirməyi düşünür. Buraya vacib dövlət binalarını, komanda mərkəzlərinin, strateji nüvə qüvvələrinin idarə şəbəkələrinin vurulması daxildir. Bütün bunlar həm də Pxenyanla ordunun qalan hissəsi arasında əlaqənin kəsilməsi üçündür. ABŞ hərbi rəhbərliyinin fikrincə, köhnəlmiş tanklar, Nuh əyyamından qalan təyyarələr və artilleriya ilə Şimal ordusunun ABŞ-Koreya (çox güman ki, həm də Yaponiya) qüvvələrinə tab gətirmək gücü yoxdur. Bunu İraq və Liviyada həyata keçirilən əməliyyatlar açıq şəkildə nümayiş etdirib.
Birləşmiş Ştatlar elə ilk dəqiqələrdən İraqda müharibədə uğurla istifadə olunan, mühüm dövlət obyektlərini, hətta 100 metr dərinlikdə yerləşən bunkerləri dağıtmaq qabiliyyətinə malik olan qanadlı raketlərlə Kim Çen Inın strateji nöqtələrinə zərbə vurmağı planlaşdırır. Hərbi ekspertlər zarafatla qanadlı raketləri müharibə zamanı taktik, operativ və stateji məqsədlərə nail olmağa imkan verə bilən “cərrah bıçağı” adlandırırlar.
Məsələn, 2003-cü ildə İraq müharibəsi zamanı ABŞ ordusu 800 “Tomohavk” qanaqlı raketindən istifadə etmişdi. Bundan baaşqa, uzaq məsafəni vurmaq üçün nəzərdə tutulan (havadan endirilən-red) ALCM və taktiki KP-SLAM, SLAM-ER sistemləri ilə birlikdə təxminən 1,2 min raket İraq torpaqlarına endirilib. Müharibənin elə ilk günündə Səddam ordusuna qarşı 500 qanadlı raketdən istifadə olunub. Bu 1991-ci il Körfəz savaşında buraxılan raketlərin cəmindən belə çoxdur.
ABŞ bunun üçün Koreya sularında üzən dəniz qüvvələrindən istifadə etməlidir. Bundan ötrü “Orli Bek” tipli, idarə olunan raket qurğularını daşıyan gəmilərdən, habelə “Tikonderoq” tipli gəmilərdən, “Ohayo”, “Virciniya”, və Los-Anceles” tipli atom sualtı qayıqlarından yararlana bilər.
Bundan başqa, əməliyyat bölgəsinə 4-5 aviasiya qrupunun cəlb olunması gözlənilir. Məlum olduğu kimi, hər bir B-52H strateji bombardman təyyarəsi özü ilə bərabər 20 qanadlı raket daşıya bilir.
Vaşinqton hücum planlarından əlavə Cənubi Koreyanın şəhərlərinin, xüsusilə sərhədə olduqca yaxın paytaxt Seulun da müdafiəsinin qayığısına qalmalıdır.
Kim Çen Inın qitələrarası ballistik raketlərinin isə ABŞ hərbi gəmilərində qurulan “İcis” hava hücumundan müdafiə sistemləri, habelə SM-3 tipli raket əleyhinə hücum sistemləri ilə məhv edilməsi düşünülür.
Bəzi analitiklərin rəyinə görə, əgər ABŞ müharibəyə başlayacaqsa bunu öncədən daxildən həll etməyə çalışacaq. Bir çoxları rejimin əlindən təngə gələn sadə koreyalıların yeraltı tunellər savaşı, partizanlıq kimi əməliyyatlarda iştirak edəcəyini düşünmür. Bundan başqa, Vaşinqtonun İraqda olduğu kimi rejimin ali hərbi eşelonunu da ələ almaqla məsələni daha qansız şəkildə çözməsi mümkündür.
Lakin bütün bunların Şimali Koreyanın Pxenyan şəhərində 2018-ci lin 9-25 fevralı aralığında keçriləcək XXIII Qış Olimpiya oyunlarından tez baş verəcəyi gözlənilmir. Çünki müharibənin bundan öncə baş verməsi ABŞ-ın dünya ictimaiyyətində onsuz da müsbət sayılmayan imicini daha da eybəcərləşdirə bilər. Heç kim Vaşinqtona istər cənub, istərsə də şimal tərəfdən dinc əhali arasında kütləvi tələfatları bağışlamaz.
Buna rəğmən bəzi analitiklərin rəyinə görə, Şimali Koreyanın nüvə potensiyalı gündən-günə artır və ABŞ üçün qarşıda duran vəzifənin icrası daha da çətinləşir. Pentaqon nüvə silahına malik olmağın milli suverenliyin təminatına çevrilmədiyini bütün dünyaya göstərmək istəyir. Bunu üçün isə Vaşinqton hər şeyi gözə ala bilər...
MilliYol.Az
Digər xəbərlər
loading...