Rusiyanın “Taşir” şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyanın lüks yaxtası Türkiyə sahillərinə yan alıb.
Azvision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Karapetyanın “Ace” adlı 87 metr uzunluğunda olan yaxtası artıq Bodrum sahillərindədir.
5 milyard dollarlıq sərvəti olan Karapetyanın 5 ulduzlu otellərin birində iş görüşməsi keçirəcəyi bildirilir. Görüşdə rus iş adamları da iştirak edəcəklər.
Ermənistanın futbol üzrə milli komandasına hər qarşılaşmadan sonra 200 min dollar pul hədiyyə edən iş adamının yaxtası iki gün sonra Yunanıstan sahillərinə qayıdacaq.
Qeyd edək ki, S. Karapetyanın yaxtası 2012-ci ildə Almaniyada “Lurssen Yachts” adlı firma tərəfindən hazırlanıb. Yaxtada 28 işçi çalışır, həmçinin altı kabinet var. Ümumilikdə yaxtada 12 qonağı qarşılamaq mümkündür. Həmçinin orada spa mərkəzi, rus hamamı, masaj otağı, cakkuzi, əyləncə mərkəzi, kino teatr, iki üzgüçülük hovuzu da var.
Xatırladaq ki, bir müddət öncə Samvel Karapetyan “Hayastan” ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb. Vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq.
Erməni milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq.
Layihənin tam reallaşdırılması məqəsdilə noyabrın 26-da erməni diasporu bütün dünyada telemarafon keçirəcək və topladığı vəsaiti “Hayastan” fondunun hesabına yatıracaq.
“Forbes” jurnalının məlumatına görə, Samvel Karapetyan Rusiyanın ən varlı 26-cı adamıdır.
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...