ÇXR sədri Si Szinpin və Böyük Britaniya kraliçası II Yelizaveta
Sərkis Saturyan
regnum.ru, 22.10.2017
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, ABŞ prezidenti Donald Trampın Böyük Britaniya səfəri 2018-ci il əvvəlinə saxlanıb. Onun sözlərinə görə, Amerika liderinin Londona səfərinin vaxtı və statusu hələ də uzlaşdırma tələb edir.
Xatırladaq ki, Tramp kraliça II Yelizavetanın Britaniya adalarına səfər dəvətini andiçmə mərasimindən yeddi gün sonra alıb. Onu 2017-ci ildə qəbul etməyə hazırlaşırdılar. Hətta Dauninq-stritdə bildiriblər ki, “Tramp Londona səfər etməyə razılaşarkən kraliça sevinib”.
ABŞ administrasiyası o vaxtdan bəri monarxla görüşü nəzərdə tutan dövləti səfərin qrafikini uzlaşdırırdı.
Lakin Bukingem sarayı yarımil ötəndən sonra xəlvətcə eyham vurub ki, II Yelizaveta Trampla görüşməyə hazırlaşmır. Yəni onun səfəri dövləti səfər deyil, işgüzar səfər olacaq – Böyük Britaniya hökuməti səviyyəsində və kraliçanın yanında təntənəli şam yeməyi olmadan. Amerika prezidentini hamının gözü qabağında alçaltmağı qət ediblər – 1,8 milyondan çox adam səfəri ləğv etmək tələbiylə petisiya imzalayıb. Kraliçanın mövqeyini vaşinqtonlu ali qonağın qarşısına qırmızı xalça sərməkdən imtina edən London meri Sadıq Xan ifadə edib. (Sadıq Xan əslən pakistanlıdır – bax: http://strateq.az/manshet/58027/london-meri-olmaga-%C9%99n-sansli-mus%C9%99lman-namiz%C9%99d.html-tərc.) İcmalar palatasının spikeri Con Berkov da özünü göstərərək bildirib ki, Trampa parlamentin aşağı palatasında çıxış etmək imkanı verməyəcək.
Liberal-demokratların başçısı ser Vins Kəbl Amerika prerzidentini “irqçi” və “qadın düşməni” adlandırıb. “Evening Standard” qəzeti Kəbldən sitat gətirir: “Britaniya dövlət səfəri münasibətilə təhlükəli Trampı deyil, Afrika liderlərini qəbul etməyə hazırdır”.
Əmək partiyasının keçmiş başçısı Edvard Milibənd isə Trampı tamamilə “ağıldankəm” hesab edir.
Bu cür təcavüzkarlıq nədən doğur?
Cavab üzdədir: Britaniya elitası ABŞ-da prezident kampaniyasının lap əvvəlindən Hillar Klintonun qələbəsinə ümid edirdi. Buna görə də Trampın Bukingem sarayında təntənəli qəbulu onun həm kübarlar, həm də London Sitisi maliyyə başçıları tərəfindən legitimləşdirilməsi demək olacaq. Klinton Brexit-dən sonra Londonu Avropa Birliyi ilə yeni kommersiya sazişi bağlamaq və “ticarətə inanmayan” Trampla ikitərəfli sazişdən imtinaya çağırmaqla “aranı qızışdırır”. O, BBC-yə müsahibədə qeyd edib: “Saziş ticarətin imtiyazlı şərtlərini nəzərdə tutmur. Bu isə bildirir ki, Böyük Britaniya AB-yə üzvlük illərində olduğu kimi Avropa bazarına sadələşdirilmiş çıxışdan məhrum olacaq”.
Amerika prezidentinin özünə gəlincə, işgüzar səfərə razılaşa bilməz, çünki II Yelizaveta 2015-ci ilin oktyabrında Böyük Britaniya və Çinin münasibətlərində “qızıl dövr”dən danışan ÇXR sədri Si Szinpini kral karetasında şəxsən müşayiət edib. Əks halda Tramp simasını tamamilə itirəcək.
Bu arada London kəskinləşməyə gedir. “Financial Times” qəzetinin xəbər verdiyi kimi, ABŞ MKİ Britaniya tərəfinin tələbiylə Kaverşam parkındakı (İngiltərənin cənubi-şərqi, Berkşir qraflığı) filialının fəaliyyətini yığışdırır. Söhbət Amerikanın 1943-cü ildən BBC ilə birlikdə xarici tele və radio verilişilərinin, həmçinin onlayn informasiyaların monitorinqi ilə məşğul olan Open Source Enterprise dövlət müəssisəsindən gedir. Yəni 75%-in (Amerikanın payı) 25%-ə (Britaniyanın payı) nisbətində açıq qaynaqların təhlili əsasında kəşfiyyat həyata keçirir. Diqqətçəkəndir ki, Vaşinqton Open Source Enterprise-ın ofisini Kembric yaxınlığındakı RAF Wyton aviabazasına köçürməkdən imtina edib və büronun bağlandığını bildirib.
Qərarın özü hələ 2010-cu ildə hökumət xətti ilə pul buraxmağı ixtisara salmış baş nazir Devid Kemeron tərəfindən qəbul olunub. Ancaq təşəbbüsün gerçəkləşdirilməsi artıq ABŞ-da prezident yarışının yekunları üzrə baş tutub ki, bu da müəyyən düşüncələrə aparır. “Financial Times” Müfafizəkarlar Partiyasından deputat, Böyük Britaniyanın müdafiə üzrə komitə başçısı Culian Lyuisdən sitat gətirir: “Ən pis proqnozlarımız təqsdiqlənib. Bu mərkəzin demontajı və başqa yerdə təzədən yığılmasının kəşfiyyatın effektivliyini saxlamağa imkan verəcəyini düşünən hər kəs gerçəklikdən uzaqdır”.
Maraqlı dönüşdür, elə deyilmi?
MI 16-nın keçmiş rəhbəri Cim Soers durumu sıradakı şəkildə aydınlaşdırıb: “Son 75 ildə bizim xarici və müdafiə siyasətimiz Birləşmiş Ştatlarla sıx əməkdaşlığa əsaslanıb. İndi bu əməkdaşlığa güvənmək bacarığımızın keçmişdəki qədər böyük olmadığı dövrə daxil oluruq”.
Vaşinqton və London münaqişə edincə Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvill bu il oktyabrın 9-da Pekinə səfər edib və ÇXR Dövlət Şurasının üzvü Yan Szeçi ilə görüşdə ikitərəfli münasibətlərdə “qızıl dövr”ə tərəfdarlığını təsdiq edib. Yeni geopolitik gerçəklik bu cürdür.
“Evening Standard” Çinin yeni burjuaziyasının İton kollecinə artan marağı haqda təsadüfən reportaj verməyib və xatırladıb ki, ÇXR vətəndaşları Britanya təhsil müəssisələrinə hər il 220 milyon £ xərcləyirlər. London və Pekin Vaşinqtonu tədricən ikinci plana keçirərək yeni elita yetişdirir.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...