Terrorizmlə aktiv mübarizə apararaq Hakkari-Şəmdinli xəttində “Qəndil” dəhlizi yaradan Türkiyə, indi də Hakkari-Dərəcik xəttində “Kərkük koridoru” üçün hərəkətə keçib
Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzetində yayımlanan məqalədə deyilib.
Ankara sərhəd təhlükəsizliyini təmin etmək, hərbi bazaların mühafizəsini gücləndirmək məqsədilə İraq-Suriya sərhədində aktiv fəaliyyətə davam edir.
Mümkün təhlükələrə qarşı müharibə planı daim hazır tutulur.
Belə ki, Hatay-Reyhanlı üzərindən yaradılan İdlib-Afrin dəhlizi Pentaqonun dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) yeni dəhliz yaratmasının qarşısını almaq üçün aktiv frazaya keçirildi. Azad Suriya Ordusu isə bu dəhlizdən daxil olaraq, Dar Ta İzzaya qədər ərazilərə nəzarəti genişləndirib.
Digər tərəfdən İran, İraq və Türkiyə sərhəd kəsişməsində yaradılan Şəmdinli yönündəki Kərkük dəhlizinin qarşısında Ərbil yer alır. Bu dəhliz qondarma referendumu fürsət bilib türkmanlara hücum edilən an aktiv vəziyyətə gətiriləcək. Nəticədə ordu qüvvələrinin Mosul-Kərkük istiqamətində sərbəst hərəkəti təmin ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...