Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Olimpiya İdman Kompleksində 26 avqust 2017-ci tarixdə start götürmüş futbol üzrə Şəmkir rayon Birinciliyinin 1-ci dövriyyəsinin başa çatmasının yekunlarına və futbolun mövcud vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edib.
MilliYol.Az xəbər verir ki, görüşü giriş sözü ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov Futbol üzrə Şəmkir rayon birinciliyinin 1-ci dövriyyəsi barədə geniş məruzə edib, qruplar üzrə əldə olunmuş nəticələri diqqətə çatdırıb. Bildirib ki, ilkin seçim mərhələsində 34 yeniyetmə və gənc futbolçu qismində seçilib.
Çıxış edən Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mövlud Mirəliyev idmançılara keçdiyi idman yolundan danışaraq onlara gələcək işlərində uğurlar arzu arzulayıb.
Sonda Alimpaşa Məmmədov davam edən futbol üzrə Şəmkir rayon birinciliyinin əhəmiyyətindən danışaraq bunun yeniyetmə və gənclərin həyatında ən əlamətdar bir hadisə kimi qiymətləndirib.
Görüşdə "Şəmkir" Futbol Klubunun yaradılması və AFFA-nın çempionatlarında iştirak etməsi üçün qərar qəbul olunub. Görüşün sonunda məşqçi-müəllimlərin səsverməsi ilə Əli Əhmədov "Şəmkir" FK-nın baş məqçisi seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...