Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə məktub göndərdiyini bəyan edib.
Məktubda Türkiyənin dövlət başçısı Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulmasına görə Rusiyadan üzr istəyib.
"RF prezidenti V.Putin Türkiyə prezidentindən məktub alıb. Məktubda Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı iki ölkə arasında yaranmış gərginliyi nizamlamaq arzusunda olduğunu bəyan edib. O ölən pilotun ailəsinə başsağlığı verib və üzr istəyib",- deyə Peskov bildirib.
Türkiyə lideri məktubunda Rusiya ilə ənənəvi dostluq münasibətlərini bərpa etmək üçün əlindən gələni əsirgəməməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ankara Rusiya Federasiyasına məxsus təyyarəni vurmaq arzusunda olmayıb.
"Ankara "Su-24 təyyarəsinin pilotunun ailəsinə dəymiş ziyanı ödəmək üçün irəli sürülən istənilən təşəbbüsə müsbət cavab verməyə hazırdır",- deyə məktubun mətnində bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...