“Kredit borcları Cinayət Məcəlləsi, yaxud başqa bir məcəllə çərçivəsində həll olunası məsələ deyil. Burada da 3 il qədər cəzanın humanistləşdirmə nəticəsində cəzanın 2 ilə endirilməsindən söhbət gedir. Bu 3 illik cəza 4 ilə qədər qaldırılsa da, cəza 2 ilə endirilsə də, bu istiqamətdə yaxşılığa doğru heç nə dəyişməyəcək”
Deputat Əli Məsimli Milli Məclisdəki müzakirələr zamanı bunları söylədi. Onun sözlərinə görə, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunvericiliyə kredit borcu olan vətəndaşlarla bağlı edilən dəyişikliklər irəliləyişə səbəb olmayacaq: “Kredit borcları olan insanların əksəriyyəti borclarını artıqlaması ilə qaytarıblar: “Hazırda onlardan almadıqları borcları tələb edirlər. Azərbaycanda bir məhbusun saxlanılması bir gün üçün 22 manata başa gəlir. Bu, orta aylıq əmək haqqında 1,3 dəfə çoxdur. Büdcə təşkilatlarında çalışanların aldığı maaşdan isə 2,5 dəfə artıqdır.
Vətəndaş kredit borcuna görə 2 illik həbs olunacaqsa, onda ona 16 min manat xərc çəkiləcək. Yaxşı olmazmı ki, həmin 16 min vəsaitin həmin vətəndaşın almadığı vəsaitin qaytarılmasına sərf olunsun? Bu cəza 10 min adama tətbiq olunanda 80 milyon vəsait edir. Bu, ipotekaya ayrılan vəsaitdən çoxdur. Kreditə ayrılan vəsaiti bu məbləğin üzərinə gəlməklə 2 min ailəni mənzillə təmin etmək olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...